Avropa Liqasında pley-offun cütləri müəyyənləşdi

Futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsində qarşılaşacaq komandalar müəyyənləşib.

Arena.az xəbər verir ki, qitənin nüfuzuna görə ikinci dərəcəli turnirində növbəti mərhələyə vəsiqə uğrunda 20 komanda mübarizə aparacaq.

Onlardan biri də Azərbaycan çempionu “Qarabağ”dır. 3-cü təsnifat mərhələsində Finlandiyanın HJK komandasını mübarizədən kənarlaşdıran (həm evdə, həm də səfərdə 2:1 qalib gəlməklə) Qurban Qurbanovun yetirmələrini pley-offda Sloveniya “Olimpiya”sı ilə görüşlər gözləyir. Lyublyana təmsilçisi ilə ilk oyun səfərdə, cavab görüşü Bakıda baş tutacaq.

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin 3-cü təsnifat mərhələsinin AEK (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi və məğlubu hələ müəyyənləşməyib. Bu cütün taleyinə avqustun 19-da aydınlıq gələcək.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də baş tutacaq.

Avropa Liqası
3-cü təsnifat mərhələsi
17 avqust

“Slaviya” (Praqa, Çexiya) – “Zarya” (Ukrayna)

“Olimpiakos” (Yunanıstan) – “Çukariçki” (Serbiya)

“Yunion” (Belçika) – “Luqano” (İsveçrə)

“Ludoqorets” (Bolqarıstan) – “Ayaks” (Niderland)

“Haken” (İsveç) – “Aberdin” (Şotlandiya)

LASK (Avstriya) – “Zrinski” (Bosniya və Herseqovina)

“Klaksvik” (Farer adaları) – “Şerif” (Moldova)

“Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan)

“Slovan” (Slovakiya) – “Aris” (Limasol, Kipr)

AEK (Yunanıstan)/“Dinamo” (Zaqreb, Xorvatiya) cütünün məğlubu – “Sparta” (Praqa, Çexiya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: