Avropa Məhkəməsi Super Liqaya yaşıl işıq yandırdı

Avropa Məhkəməsi FIFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən fəaliyyətlərini qanunsuz elan edib.

Arena.az məlumat verir ki, məhkəmə adı çəkilən futbol təşkilatlarının Avropada klub yarışlarının keçirilməsində monopoliyasını rədd edib:

Super Liqa indi Avropa qanunvericiliyinə uyğun olaraq rəsmi surətdə yaradıla bilər.

Xatırladaq ki, 2021-ci ilin mayında Super Liqa UEFA və FIFA-nı rəqabət qanunlarını pozmaqda ittiham etmişdi. Həmin ilin aprelində Avropanın 12 klubu Super Liqanın yaradıldığını elan etmişdi. Bura İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, İspaniyanın “Atletiko Madrid”, “Barselona”, “Real” klubları, həmçinin İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları daxil idi.

Sonradan tənqidlər mənzərəsində 9 klub “Barselona” və “Real”ın daha çox maraqlı olduğu layihədə iştirakdan imtina etmişdi. Daha sonra “Yuventus” da təzyiqlər altında geri çəkilməli olmuşdu.

Bu gün Avropa Super Liqasında cəmi iki klub qalıb – “Real” və “Barselona”.

İndi İspaniya komandaları Super Liqanın təsis edilib oynanılacağı halda, Çempionlar Liqası, Avropa turnirləri və ya FIFA yarışlarından kənarlaşdırıla bilməzlər.

Xəbəri sosial şəbəkələrdə paylaş: