Avropa Oyunları: Çimərlik futbolu üzrə Azərbaycan millisi 5-ci oldu

Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşanın Krakov şəhərində təşkil olunmuş 3-cü Avropa Oyunlarında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, komandamız 5-ci yer uğrunda oyununda Moldova seçməsi ilə qarşılaşıb.

Yığmamız bu oyunda 4:2 hesablı qələbəyə sevinib. Azərbaycan millisinin heyətində Amid Nəzərov (8), Sabir Allahquliyev (23), Ramil Əliyev (24) və Fuad Hüseynov (25) hərəyə bir qol vurublar.

Millimiz bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb:

Azərbaycan: 1. Vaqif Şirinbəyov, 7. Amid Nəzərov, 11. Orxan Məmmədov, 13. Comərd Baxşəliyev, 17. Sabir Allahquliyev.
Ehtiyat oyunçular: 22. Elçin Qasımov, 4. Elşad Manafov, 6. İsa Zeynallı, 9. Fuad Hüseynov, 10. Ramil Əliyev, 14. Kamran Qürbətov, 19. Hüseyn Axundov.
Baş məşqçi: Zeynal Zeynalov.

Xatırladaq ki, Azərbaycan millisi qrup mərhələsindəki bütün oyunlarını məğlubiyyətlə başa vurmuşdu. Komandamız ilk matçını meydan sahibi Polşaya qarşı keçirmiş və 2:7 hesabıyla məğlub olmuşdu. Qrupdakı ikinci matçını Portuqaliya yığmasına qarşı keçirən yığmamız bu rəqibinə də 2:5 hesabıyla uduzmuşdu. İspaniyaya qarşı baş tutan qrupdakı son oyunda isə 1:7 hesablı məğlubiyyət qeydə alınmışdı. Bu üzdən də komandamız 5-8-ci yerlər uğrunda mübarizə aparmaq məcburiyyətində qalmışdı. Ötən gün baş tutan Ukrayna ilə oyunda isə Azərbaycan futbolçuları 7:6 hesablı qələbəyə sevinmişdilər.

Beləliklə, Moldova üzərində qələbə sayəsində çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa oyunlarını 5-ci yerdə başa vurub.

A qrupu

27 iyun
Azərbaycan – Polşa 2:7

28 iyun
Portuqaliya – Azərbaycan 5:2

29 iyun
İspaniya – Azərbaycan 7:1

5-8-ci yerlər uğrunda oyun
30 iyun
Azərbaycan – Ukrayna 7:6

5-ci yer uğrunda oyun
1 iyul
Moldova – Azərbaycan 2:4

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: