“Ayın qolu”: Dekabr ayının qalibləri bəlli oldular

Peşəkar Futbol Liqası (PFL) tərəfindən təşkil edilmiş “Ayın qolu” layihəsi çərçivəsində dekabr ayının qalibləri müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, Azərbaycan Premyer Liqasında dekabrın ən yaxşı qolunun müəllifi “Kəpəz”in yaponiyalı legioneri Ryonosuke Ohori olub. O, Premyer Liqanın 15-ci turu çərçivəsində qarşılaşdıqları “Qəbələ” ilə ev oyununda komandasının yeganə qoluna imza atmış və “Kəpəz”ə 1:0 hesablı qələbə qazandırmışdı.

Birinci Liqada Ruslan Voronsovun (“Şahdağ Qusar”) vurduğu qol daha baxımlı sayılıb. İkinci Liqada isə Ramin Məhərrəmovun (“Quba”) qolu ən yaxşı seçilib.

Qeyd edək ki, PFL Premyer Liqada, Birinci Liqada və İkinci Liqada “Ayın qolu” layihəsinin qaliblərini 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: