Ayxan Abbasov: “U-21-də işləmək şərəfdir”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ayxan Abbasov AFFA-nın rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, o, yeni təyinatı ilə bağlı təəssüratlarını bölüşüb:

“Belə bir məsuliyyətli işi mənə etibar etdiyi üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Bir azərbaycanlı olaraq ölkəmin ikinci komandasında işləmək şərəfdir. Qarşımızda çox böyük iş durur. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Əsas məqsədlərimizdən biri yeni gənc oyunçuların üzə çıxarılması və əsas millimizə namizəd olmasıdır. İlk iş olaraq böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq”.

Qeyd edək ki, U-21 millimizin yeni baş məşqçisi Ayxan Abbasov ilə AFFA arasında imzalanmış müqavilənin müddəti 2 illikdir. 43 yaşlı mütəxəssis “Şamaxı”dakı fəaliyyətinə də davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: