20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-20) qapıçısı Ayxan Abbaszadə bundan sonra “İmişli”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Gənc qapıçı ilə “2+1” illik müqavilə imzalanıb.
Peşəkar karyerasına “Turan Tovuz”da başlayan Ayxan Abbaszadə 8 il bu klubun formasını geyinib.
Xatırladaq ki, “İmişli” bu yay Seyxan Fərəcov, Fərid Nəbiyev, Bəxtiyar Həsənalızadə, Sadiq Məmmədzadə, Yusif İmanov, İvan Senin, Pikas və Əkbər Eyyubovu da heyətinə qatıb. Tuncay Yusifli, İdris İnqilablı və İmam Əli ilə yeni müqavilə imzalanıb. Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Abbas Ağazadə, Hüseynəli Quliyev, Rafael Vyeqas, Andrey Sinenka, Ezekiel Morqan, Ronaldo Souza və Nazim Hüseynov isə komandanı tərk ediblər.


