“Neftçi”nin müdafiəçisi Azər Salahlı AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Estoniya oyununda iştirak etməyəcək.
Arena.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçi Canni De Byazi 29 yaşlı müdafiəçiyə ehtiyac duymayıb.
Bu üzdən də onun adı matçın “23-lüy”ünə salınmayıb. Azər Salahlı ilə yanaşı, U-21 yığmasının düşərgəsinə göndərilən Cəlal Hüseynovun da adı bu matçın iştirak ərizəsinə salınmayıb. Əsas milliyə çağırılan digər 23 oyunçunun hər biri bugünkü qarşılaşmada baş məşqçinin sərəncamında olacaq.
Estoniya yığmasında da iki futbolçu Azərbaycan millisinə qarşı keçiriləcək oyunu buraxacaq. Baş məşqçi Tomas Heberli müdafiəçiləri yekun “23-lük”dən kənarda saxlayıb. Bunlar mərkəz müdafiəçisi Conas Tamm və sağ cinah oyunçusu Edqar Turdur. Adıçəkilən futbolçular “Dalğa Arena”da baş tutacaq qarşılaşmanı tribunadan izləyəcəklər.
Xatırladaq ki, bu gün keçiriləcək Azərbaycan – Estoniya oyununa saat 20:00-da start veriləcək.
Azərbaycan millisi
Qapıçılar: 1. Emil Balayev, 12. Şahruddin Məhəmmədəliyev, 23. Yusif İmanov;
Müdafiəçilər: 2. Amin Seydiyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 6. Höccət Haqverdi, 15. Bədavi Hüseynov;
Yarımmüdafiəçilər: 3. Elvin Cəfərquliyev, 8. Emin Mahmudov, 10. Aleksey İsayev, 13. Qismət Alıyev, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Coşqun Diniyev, 19. Filip Ozobiç, 21. Emil Səfərov;
Hücumçular: 7. Namiq Ələsgərov, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 14. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.
Estoniya millisi
Qapıçılar: 1. Matvey İqonen, 12. Karl Hein, 22. Karl Andre Vallner;
Müdafiəçilər: 2. Marten Kuusk, 3. Marko Lukka, 6. Ramus Peetson, 13. Mixael Lilander, 18. Karol Mets, 21. Nikita Baranov, 23. Taiyo Teniste;
Yarımmüdafiəçilər: 4. Mattias Kait, 5. Rokko Şein, 7. Georgi Tunyov, 10. Martin Vetkal, 13. Konstantin Vassilyev, 17. Martin Miller, 20. Markus Poom;
Hücumçular: 8. Henri Anier, 9. Erik Sorqa, 11. Henrik Oyamaa, 15. Rauno Sappinen, 16. Sten Reinkort, 19. Vlasi Sinyavski.
Baş məşqçi: Tomas Heberli.


