Azərbaycan kubokunda 1/8 finalın hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları üçün təyinatlar açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Azərbaycan kubokunda 2021/22 mövsümünə dekabrın 10-da start veriləcək. Həmin gün “Zaqatala” “Səbail”i, MOİK isə “Qəbələ”ni qəbul edəcək. Bu oyunları müvafiq olaraq Tural Qurbanov və Fərid Hacıyev idarə edəcək.

İkinci oyun günündə “Keşlə” “Qaradağ Lökbatan”la, “Sabah” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək. Bu iki oyuna isə müvafiq olaraq Rauf Allahverdiyev və Nicat İsmayıllı baş hakim təyin olunub.

Azərbaycan kuboku
1/8 final
10 dekabr

Zaqatala – Səbail
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Rəhman İmami, Rəşad Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:00.

MOİK – Qəbələ
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rahil Ramazanov, Namiq Bəkirov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Bakı. “Dalğa Arena”. Saat 17:00.

11 dekabr

Keşlə – Qaradağ Lökbatan
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Elçin Məsiyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASK Arena”. Saat 15:00.

Sabah – Kəpəz
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Masazır. Bank Respublika Arena. Saat 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: