Bu gün keçirilmiş oyunlarla futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, yeni mövsümün ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Qaradağ Lökbatan” doğma meydanda “Şəki”ni sınağa çəkib. Görüşün baş hakimi Pərviz İbrahimov olub. Qaradağ təmsilçisi rəqibini 12 cavabsız qolla məğlub edərək növbəti mərhələyə yüksəlib.
Günün digər oyunu “Şəmkir”lə “Ağstafa Gəncləri” arasında baş tutub. Bu görüşü Alik Yunusov idarə edib. Altı qolluq görüşdə Ağstafa təmsilçisi darmadağınla mərhələ adlayıb.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1-ci raundun qalan oyunları 8 və 9 oktyabrda keçiriləcək.
Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi
7 oktyabr
“Qaradağ Lökbatan” – “Şəki” 12:0
Qollar: Rəvan Abasov, 2. Əjdər Hacılı, 3; 49; 58. İlkin Əliyev, 11; 82. Hüseyn Hüseynli, 16. Kamil Mahmudov, 17. İbrahim Novruzov, 51; 78; 84. Vüsal Alızadə, 71.
Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Törə Əhmədova
Lökbatan OİK stadionu, 14:30
Qaradağ Lökbatan: 1. Amin Fərhadzadə, 9. Təmraz Əmircanov (k), 14. Hüseyn Hüseynli, 10. İlkin Əliyev, 15. Vüsal Alızadə, 88. Rəvan Abasov, 77. Nurlan Bayramov, 21. Tural Axverdiyev, 22. Kamil Mahmudov, 4. Amin Ağayev, 27. Əjdər Hacılı.
Ehtiyat oyunçular: 90. Fərman Bayramov, 17. Sabir Allahquliyev, 44. Samir İbrahimov, 6. İsa Zeynallı, 3. Nicat Əskərov, 8. Ramil Orucov, 7. Rəhman Quliyev, 19. İbrahim Bayramov, 5. İbrahim Novruzov, 11. Əli Əlizadə.
Baş məşqçi: Amit Quluzadə.
Şəki: 13. Ayxan Qocayev, 8. Elçin Abdullayev (k), 7. Zaur Fərzəliyev, 99. İman Müseyibov, 23. Fərid İslamzadə, 4. Fərid Məmmədov, 19. Rəşad Zeynallı, 9. Elgün Hacıbabayev, 88. Firuz Osmanov, 18. Oktay Həsənli, 16. Cəsur Alxaslı.
Ehtiyat oyunçular: 55. Elcan Mustafayev.
Baş məşqçi: Elvin Hacızadə.
“Şəmkir” – “Ağstafa Gəncləri” 1:5
Qollar: Ruslan Allahverdiyev, 52 – Qəşəm Məmmədov, 2. Elçin Qasımov, 18; 40. Elgün Namazov, 24. Hüseyn Alıyev, 73-pen.
Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Şirvan OİK stadionu, 14:30.
Şəmkir: 1. Fəyyaz Mehdizadə, 19. Fuad Məmmədzadə, 6. Ruslan Allahverdiyev, 7. Tunar Mütəlimov (k), 71. Coşqun Əsədzadə, 5. İsa İsayev, 15. İkram Həmidli, 16. Cavid Məmmədov, 44. Rafiq Abdullayev, 11. Valeh Məmmədov, 20. Səttar Hacıyev.
Ehtiyat oyunçular: 10. Haqverdi Həsənov, 9. Elşən Abdullayev.
Baş məşqçi: Fərid Məmmədov.
Ağstafa Gəncləri: 16. Ülvi Quliyev, 8. Elgün Namazov (k), 10. Cavid İmamverdiyev, 22. Adil Tağıyev, 18. Eldost Qiyasbəyli, 24. Eşqin Kərimli, 17. Elgün Salıfov, 13. Ramin Süleymanov, 3. Nicat Oruclu, 20. Elçin Qasımov, 6. Qəşəm Məmmədov.
Ehtiyat oyunçular: 1. Elgün Əmiraslanov, 21. Elgün Qəhrəmanov, 12. Tural Məmmədov, 15. Yunis Hüseynov, 7. Hüseyn Alıyev.
Baş məşqçi: Əli Bağırov.


