Azərbaycan Kubokunda yeni mövsümə 2 oyunla start verilir

Bu gün keçiriləcək oyunlarla futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, yeni mövsümün ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

“Qaradağ Lökbatan” doğma meydanda “Şəki”ni sınağa çəkəcək. Görüşün baş hakimi Pərviz İbrahimov olacaq.

Günün digər oyunu “Şəmkir”lə “Ağstafa Gəncləri” arasında baş tutacaq. Bu görüşü Alik Yunusov idarə edəcək.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1-ci raundun qalan oyunları 8 və 9 oktyabrda keçiriləcək.

Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi

7 oktyabr

“Qaradağ Lökbatan” – “Şəki”
Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Şəmkir” – “Ağstafa Gəncləri”
Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

8 oktyabr

“Difai” – “Zəngəzur”
Hakimlər: Murad Səlimov, Vüqar Bayramov, Sevda Nuriyeva, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Marafon” – “Dinamo”
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Ruslan Babayev, Nəriman Ağayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Sabirabad. “Marafon Arena”, 14:30.

“Şirvan” – “Kür-Araz”
Hakimlər: Nazim Abdullayev, Məmmədəli Kərimov, Ruslan Məmmədov, Nahid Xasıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

9 oktyabr

“Ağdaş” – “Hypers”
Hakimlər: Mahmud Bağırzadə, Taleh Məmmədov, İlkin Mustafazadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Ağdaş şəhər stadionu, 14:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: