Azərbaycan Kubokunun final matçı üçün püşk atıldı

Futbol üzrə Azərbaycan Kubokunun final görüşünün püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, “Sumqayıt” və “Keşlə” klublarının nümayəndələri iştirak ediblər.

PFL Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov, “Sumqayıt” idman direktoru Zamiq Hüseynov, “Keşlə” isə baş menecer Eldəniz Yusubov ilə təmsil olunub. Püşkatmaya əsasən “Keşlə” nominal meydan sahibi olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 24-də “Bank Respublika Arena”da keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: