Azərbaycan millisi Avropa superfinalına vəsiqə qazandı

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının birinci seçmə mərhələsində (EBSL) sonuncu oyununu keçirib.

Arena.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz üçüncü görüşündə Litva yığması ilə qarşılaşıb.

İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş rəqibin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində hər üç qolu Orxan Məmmədov vurub.

Beləliklə, qrupu 5 xalla ikinci pillədə başa vuran Sahib Məmmədovun yetirmələri Avropa superfinalına vəsiqə qazanıblar.

Millimiz sentyabrın 7-14-ü aralığında İtaliyada təşkil olunacaq superfinalda mübarizə aparacaq. 8 komandanın iştirakı ilə baş tutacaq yarışda ilk iki yeri tutacaq kollektivlər A Liqasına yüksələcəklər.

Xatırladaq ki, Azərbaycan millisi qrupun ilk iki matçında İngiltərəni 5:4, Belçikanı isə 11:2 hesabı ilə məğlub etmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: