Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının birinci seçmə mərhələsində (EBSL) ikinci oyununu keçirib.
Arena.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz Belçika yığması ilə qarşılaşıb.
İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunmuş görüş Sahib Məmmədovun yetirmələrinin 11:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandanın heyətində Ramil Əliyev 3, Comərd Baxşəliyev 2 qol vurub. Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, Amid Nəzərov, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə 1 dəfə fərqləniblər.
Xatırladaq ki, seçməmiz ilk oyununda İngiltərə yığmasını 5:4 hesabı ilə məğlub etmişdi. Azərbaycan millisi qrupdakı son matçını mayın 25-də Litva (14:15) seçməsinə qarşı keçirəcək.


