Azərbaycan millisi DÇ-nin seçmə mərhələsində 7 qola sevindi

Çimərlik futbolu üzrə Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, millimiz İspaniyanın Kadis şəhərində Gürcüstan yığması ilə qarşılaşıb.

Görüş komandamızın 7:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Elşad Manafov dubla imza atıb. Digər qolları isə Sabiq Allahquliyev, Ramil Əliyev, Amid Nəzərov, Kamran Qürbətov və Bayram Bayramlı vurublar.

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi daha əvvəl İngiltərədən güclü olub – 4:0. Oktyabrın 7-də (saat 20:00) isə millimizi İspaniya yığması ilə qarşılaşma gözləyir.

Xəbəri sosial şəbəkələrdə paylaş: