Azərbaycan millisi FIFA reytinqində 6 pillə irəlilədi

Futbol üzrə Azərbaycan millisi bu gün açıqlanmış növbəti FIFA reytinqində ötən ayla müqayisədə irəliləməyə nail olub.

Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumu bu gün milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Millimiz ötən ayla müqayisədə 6 pillə irəliləyib. Azərbaycan yığması hazırda 114-cü mövqedə qərarlaşıb.

Hazırda baş məşqçisi olmayan Azərbaycan millisi 1174.22 xala malikdir. Yığmamız AÇ-2024-ün son matçlarında İsveçə Bakıda 3:0 hesabı ilə qalib gəlib, səfərdə Belçikaya məğlub olub – 0:5.

Argentina yığması (1855,20) liderliyini qoruyub. Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) isə üçüncü pillədə qərarlaşıb. Belçika (1798,46) dördüncüdürsə, beşqat dünya çempionu Braziliya (1784,09) beşinci pilləyə düşüb.

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millimizin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AÇ-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.

  1. Argentina – 1855,2
  2. Fransa – 1845,44
  3. İngiltərə – 1800,05
  4. Belçika – 1798,46
  5. Braziliya – 1784,09
  6. Niderland – 1745,48
  7. Portuqaliya – 1745,06
  8. İspaniya – 1732,64
  9. İtaliya – 1718,82
  10. Xorvatiya – 1717,57
  11. Uruqvay – 1665,99
  12. ABŞ – 1665,27
  13. Mərakeş – 1661,69
  14. Mekika – 1655,21
  15. Kolumbiya – 1651,2
  16. Almaniya – 1631,22
  17. Yaponiya – 1620,19
  18. İsveçrə – 1613,44
  19. Danimarka – 1601,31
  20. Seneqal – 1594,31
  21. İran – 1565,08
  22. Ukrayna – 1553,35
  23. Cənubi Koreya – 1550,65
  24. Avstriya – 1546,1
  25. Avstraliya – 1539,22
  26. İsveç – 1530,19
  27. Macarıstan – 1525,13
  28. Tunis – 1523,23
  29. Uels – 1521,88
  30. Əlcəzair – 1520,26
  31. Polşa – 1520-24
  32. Ekvador – 1519,2
  33. Misir – 1518,91
  34. Serbiya – 1517,43
  35. Peru – 1512,68
  36. Şotlandiya – 1506,89
  37. Türkiyə – 1505,28
  38. Rusiya – 1498,84
  39. Çexiya – 1494,04
  40. Çili – 1489,82
Xəbəri sosial şəbəkələrdə paylaş: