Azərbaycan millisi İngiltərə yığmasına qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının birinci seçmə mərhələsi çərçivəsində (EBSL) ilk oyununu keçirib.

Arena.az xəbər verir ki, B Liqasının A qrupunda yer almış millimiz İngiltərə yığması ilə qarşılaşıb.

İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunmuş görüş Sahib Məmmədovun yetirmələrinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Ramil Əliyev iki, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə bir dəfə fərqləniblər, bir qol isə avtoqol kimi qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyunlarını mayın 24-də Belçika (13:00) yığmasına qarşı keçirəcək. Millimizin növbəti oyunu isə ayın 25-də Litva (14:15) seçməsinə qarşı olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: