Çimərlik futbolu üzrə Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, millimiz İspaniyanın Kadis şəhərində meydan sahibləri ilə qarşılaşıb.
Görüş İspaniya yığmasının 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, A qrupunda yer alan Azərbaycan millisi daha əvvəl İngiltərəyə (4:0) və Gürcüstana (7:2) qalib gəlmişdi. Bu nəticələrdən sonra qrupda ikinci yeri tutan Azərbaycan yığması 1/8 finala vəsiqə qazanıb.
Qeyd edək ki, pley-off matçları oktyabrın 9-da keçiriləcək. Millimizin rəqibi hələ dəqiqləşməyib.


