Azərbaycan millisi İsveçrəyə də uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alqero şəhərində təşkil olunmuş Avropa Super Finalında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, millimiz üçüncü oyununda İsveçrə yığması ilə qarşılaşıb.

Oyun Azərbaycan yığmasının 7:8 hesablı məğlubiyyəti ilə başa çatıb. Yığmamızın qollarını Comərd Baxşəliyev, Hüseyn Axundov, Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev və dubla imza atan Elşad Manafov vurublar.

Xatırladaq ki, millimiz daha öncə gün baş tutan ilk oyununda Türkiyəni məğlub etsə (5:5, penaltilər 3:1) də, Rumıniyaya 2:4 hesabıyla uduzmuşdu.

Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalov komandaya 12 oyunçu cəlb edib.

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov;

Oyunçular: Amid Nəzərov, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Comərd Baxşəliyev, Hüseyn Axundov, Ramil Əliyev, Kamran Qürbətov, İsa Zeynallı, Tural Qurbətov.

Çimərlik futbolu üzrə Avropa Super Finalı sentyabrın 25-nə qədər davam edəcək. Azərbaycan millisi turnirdə növbəti oyununu sabah Fransa yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: