Azərbaycan millisi İtaliyaya 12 futbolçu ilə yollanır

Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Viarecco şəhərində Avropa çempionatının (EBSL) final mərhələsində iştirak edacək.

Arena.az xəbər verir ki, sentyabrın 7-də start götürəcək qitə birinciliyi ayın 15-nə qədər davam edəcək.

Azərbaycan millisi B Liqasının A qrupunda yer alıb. Artıq komandamızın bu qrupda Belçika və Litva ilə keçirəcəyi oyunlar üçün heyəti də müəyyənləşib. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Bildirilir ki, yığmamız qitə birinciliyinə aşağıdakı heyətlə yollanacaq:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov;

Oyunçular: Sahib Məmmədov, Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, Hüseynov Kamil.

Millimizin oyunlarının təqvimi isə belədir:

11 sentyabr
16:00. Azərbaycan – Belçika

12 sentyabr
12:15. Litva – Azərbaycan

Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Sonda onu da xatırladaq ki, final mərhələsində B Liqası hərəsində 3 komanda olmaqla iki qrupdan ibarət təşkil olunacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar sentyabrın 13-də yarımfinalda qarşılaşacaqlar. Sentyabrın 14-də isə final və 3-cü yer uğrunda görüş keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: