Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümündəki ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz səfərdə Litva yığması ilə üz-üzə gəlib.
Sözügedən komandalar Kaunas şəhərindəki Styaponas Daryus və Stasis Girenas adına stadionda qarşılaşıblar. Oyunu Kiprdən olan hakimlər briqadası idarə edib.
Bu, millimizin yeni mövsümdəki ilk sınağı idi. Litvalılar isə bir neçə gün öncə səfərdə Lixtenşteyn üzərində 2:0 hesablı qələbəyə sevinmişdilər.
Əvəzində Azərbaycan millisi bu oyundan öncə yoxlama görüşündə qüvvəsini sınamışdı. Komandamız Bakıda qarşılaşdığı Tacikistan yığmasına 1:0 hesabıyla qalib gəlmişdi.
Kaunasdakı matçda hesabı meydan sahibləri açıblar. Erkən penalti qazanmış litvalılar bu şansı qaçırmayıblar. Amma komandamız cəmi 5 dəqiqə sonra buraxdığı qolun əvəzini çıxmağı bacarıb. Qalan dəqiqələrdə qol vurulmayıb və görüş bərabərliklə yekunlaşıb.
UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup
27 sentyabr
Litva – Azərbaycan 1:1
Qollar: Armandas Kuçis, 9-pen – Mahir Emreli, 14.
Hakimlər: Menelaos Antoniu, Pavlos Georgiu, Eraklis Komodromos, Konstantinos Fellas (hamısı Kipr).
Kaunas. Styaponas Daryus və Stasis Girenas adına stadion.
Litva: 23. Djuqas Bartkus, 2. Artemiyus Tutişkinas, 3. Edqaras Utkus, 7. Artur Doljnikov, 10. Armandas Kuçis, 13. Yustas Lasickas (k), 14. Vikintas Slivka, 15. Qvidas Gineitis, 16. Lukas Miçelbrink, 18. Vilius Armalas, 21. Adrian Lickunas.
Ehtiyat oyunçular: 1. Edvinas Gertmonas, 12. Tomas Şvedkauskas, 4. Jiqmantas Baltrunas, 5. Kipras Kazukolovas, 6. Modestas Vorobyovas, 8. Domantas Şluta, 9. Manfredas Ruzqis, 11. Eliyus Yankauskas, 17. Faustas Steponaviçyus, 19. İqnas Venckus, 20. Rokas Lekiatas, 22. Motveyus Burba.
Baş məşqçi: Edqaras Yankauskas.
Azərbaycan: 1. Emil Balayev, 2. Rəhman Daşdəmirov, 3. Rüfət Abbasov, 4. Rahil Məmmədov, 6. Abdulla Xaybullayev, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 13. Emil Səfərov, 15. Bədavi Hüseynov (k), 19. Tellur Mütəllimov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rəvan Mirzəmmədov, 5. Anton Krivotsyuk, 7. Toral Bayramov, 8. Emin Mahmudov, 11. Ayxan Hüseynov, 14. Elvin Bədəlov, 16. Oruc Məmmədov, 17. Vüsal İsgəndərli, 18. Cəlal Hüseynov, 21. Rüfət Abdullazadə, 22. Musa Qurbanlı.
Baş məşqçi: Ayxan Abbasov.


