Çimərlik futbolu üzrə Azərbaycan millisi Belarusun paytaxtı Minsk şəhərində keçirilən MDB Oyunlarında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, yığmamız üçüncü sınağında Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qarşılaşıb.
Millimiz bu oyunda 7:3 hesabı ilə qələbə qazanıb. Sabir Allahquliyevin dubl etdiyi oyunda komandamızın digər qollarını İsa Zeynallı, Ramil Əliyev, Elçin Qasımov, Orxan Məmmədov və Elşad Manafov vurublar.
Millimiz turnirdə növbəti oyununu sabah Özbəkistan yığmasına qarşı keçirəcək. Oyuna Bakı vaxtı ilə saat 15:30-da start veriləcək.
Xatırladaq ki, Azərbaycan millisi bundan əvvəlki oyunlarında İran yığmasına 1:3, meydan sahibi Belarusa isə 1:5 hesabıyla məğlub olmuşdu.


