Azərbaycan millisi Niderlanda məğlub oldu

19 yaşadək futbolçulardan ibarət (U-19) Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi millimiz seçmə mərhələdəki ikinci oyununda Niderland yığması ilə qarşılaşıb.

Bu qrupun oyunları Lüksemburqda keçirilir. Üç qolun qeydə alındığı qarşılaşma yığmamızın məğlubiyyəti ilə yekunlaşıb.

Xatırladaq ki, yığma komandamız ilk sınağında Bosniya və Herseqovina ilə qolsuz heç-heçəyə razılaşmışdı. Qrupdakı sonuncu oyun meydan sahibi Lüksemburq yığmasına qarşı olacaq. Bu oyun noyabrın 21-də baş tutacaq. Qrupda ilk iki yeri tutan komandalar elit raunda vəsiqə qazanacaqlar.

AÇ-2024-ün seçmə mərhələsi
11-ci qrup
18 noyabr

Niderland – Azərbaycan 2:1
Qollar: İsaak Babadi, 22. Ezekiel Banzuzi, 48 – Sadiq Şəfiyev, 86.
Baş hakim: Yoonas Yaanovits (Estoniya).
Baş hakimin köməkçiləri: Riivo Stolts (Estoniya), Kevin Stammet (Lüksemburq).
Dördüncü hakim: Loik Thomas (Lüksemburq).
Terrain Poetz stadionu. Saat 19:00

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: