Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi bu gün San Marino yığma komandası ilə yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komandamız bu rəqiblə Macarıstanda qarşılaşıb.
Sombatxey şəhərindəki “Haladaş” stadionunda təşkil edilmiş oyunu Macarıstandan olan hakimlər briqadası idarə edib. Qarşılaşmanın baş hakimi Marton Ruş olub.
San Marino yığması millimiz üçün tanış rəqib idi. Komandamız daha öncə bu rəqiblə 2 oyun keçirmişdi. Həmin oyunların hər ikisi DÇ-2018-in seçmə mərhələsinə təsadüf etmişdi. Millimiz 2016-cı ildə səfərdə qarşılaşdığı bu rəqibini 1:0 hesabıyla yenmişdi. Bir il sonra doğma meydanda keçirdiyimiz oyunda isə futbolçularımız 5:1 hesablı qələbəyə sevinmişdilər.
Bir sözlə, Azərbaycan millisi ilk dəfə bu rəqibi ilə yoxlama oyununda üz-üzə gəlib. San Marino ilə üçüncü oyunumuz da qələbə ilə bitib. Amma görüşdə hesabı rəqib açıb və millimiz yekunda əzmkar və çətin qələbəyə sevinib.
Qeyd edək ki, bu, Ayxan Abbasovun komandasının UEFA Millətlər Liqası öncəsi sonuncu sınağı idi.
Azərbaycan millisi bir neçə gün öncə Malta yığması ilə də yoxlama oyunu keçirmiş və 0:2 hesabıyla uduzmuşdu.
Yoxlama oyunu
9 iyun
Azərbaycan – San Marino 2:1
Qollar: Rəhman Daşdəmirov, 27. Renat Dadaşov, 49 – Nikola Nanni, 9.
Hakimlər: Marton Ruş, Balaş Şert, Balaş Salai, Bençe Çsonka (Hamısı Macarıstan).
Sombatxey, “Haladaş” stadionu.
Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 18. Cəlal Hüseynov (15. Bədavi Hüseynov, 86), 2. Rəhman Daşdəmirov, 16. Tellur Mütəllimov (22. Rəhim Sadıxov, 86), 25. Rüfət Abbasov (3. Elvin Cəfərquliyev, 61), 6. Səbuhi Abdullazadə (20. Aleksey İsayev, 46), 8. Emin Mahmudov (k) (10. Mahir Emreli, 61), 26. Ayxan Hüseynov (7. Toral Bayramov, 46), 11. Rüstəm Əhmədzadə (13. Emil Səfərov, 46), 9. Renat Dadaşov (19. Nəriman Axundzadə, 75).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Rza Cəfərov, 14. Elvin Bədəlov, 17. Vüsal İsgəndərli, 21. Qismət Alıyev, 24. Mustafa Əhmədzadə.
Baş məşqçi: Ayxan Abbasov.
San Marino: 1. Edoardo Kolombo, 5. Mikele Çevoli (23. Matteo Valli Kasadei, 77), 15. Marko Pasolini, 4. Filippo Fabbri (24. Pietro Marinuççi, 87), 12. Alessandro Tosi (3. Simone Cokondi, 87), 8. Lorenzo Kapiççioni (2. Cakomo Benvenuti, 77), 18. Samuele Zannoni (7. Qabriel Kapiççioni, 56), 25. Kristian Meloni (22. Marçello Mularoni, 56), 21. Lorenzo Lazzari (19. Samuel Pançotti, 56), 11. Nikolas Cakopetti (14. Fausto Salikioni, 87), 9. Nikola Nanni (k).
Ehtiyat oyunçular: 13. Pietro Amiçi, 17. Mirko De Angelis, 16. Mattia Sankisi, 20. Filippo Terni, 26. Simone Tamaqninis.
Baş məşqçi: Roberto Çevoli.


