Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çııb.
Arena.az xəbər verir ki, yığma komandamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya ilə üz-üzə gəlib.
Qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutub. İlk turda Portuqaliya ilə səfərdə qarşılaşan və 0:1 hesabıyla məğlub olan yığmamız bu dəfə ilk ev oyununda ilk xalını qazanmağı hədəfləmişdi.
Serbiya yığması isə millimizdən fərqli, seçmə mərhələdə üçüncü matçına çıxıb. İlk turda İrlandiyaya doğma meydanda 3:2 hesabıyla qalib gəlmiş serblər ikinci turda da Portuqaliya ilə evdə 2:2 hesablı heç-heçəyə razılaşmışdılar.
Üç qolun qeydə alındığı bu oyunda da serblər qələbəni bayram ediblər. Millimiz Qətərlə yoldaşlıq matçı da nəzərə alınmaqla, qısa müddətdə ardıcıl üçüncü məğlubiyyətinə üzülüb.
Serbiya ilə oyun milli komandamızın tarixində 266-cı qarşılaşma olub. İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan millimiz bu oyuna qədər 265 matça çıxmışdı. Hesabında 50 qələbə və 73 heç-heçə olan Azərbaycan millisi serblərlə oyunu da nəzərə alsq, 143 dəfə uduzub. 265 oyunda 196 qol vuran futbolçularımız 441 top buraxıblar.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
30 mart
Azərbaycan – Serbiya 1:2
Qol: E.Mahmudov, 59-pen – A.Mitroviç, 16; 81
Hakimlər: Roy Reynşreyber, David Biton, Saqi Metzamber, David Fuxman (hamısı İsrail).
Bakı Olimpiya Stadionu.
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 5. Maksim Medvedev (k), 7. Anatoli Nuriyev, 8. Emin Mahmudov, 9. Əli Qurbani, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 20. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 2. Sertan Taşqın, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 16. Aleksey İsayev, 17. Elvin Cəfərquliyev, 19. Təmkin Xəlilzadə, 21. Coşqun Diniyev, 22. Toral Bayramov.
Baş məşqçi: Canni De Byazi
Serbiya: 12. Predraq Raykoviç, 2. Strahinya Pavloviç, 5. Uroş Spayiç, 6. Nemanya Maksimoviç, 7. Nemanya Radonyiç, 8. Nemanya Qudel. 9. Aleksandar Mitroviç, 10. Duşan Tadiç (k), 13. Stefan Mitroviç, 17. Filip Kostiç, 20. Sergey Milinkoviç-Saviç.
Ehtiyat oyunçular: 1. Marko Dmitroviç, 23. Corce Nikoliç, 3. Marko Petkoviç, 4. İvan İliç, 1. Luka Yoviç, 14. Andriya Jivkoviç, 15. Nenad Krstiçiç, 16. Saşa Lukiç, 18. Duşan Vlahoviç, 19. Mixailo Ristiç, 21. Duriçiç, 22. Marko Qruyiç.
Baş məşqçi: Draqan Stoykoviç.


