Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda Səudiyyə Ərəbistanı yığma komandası ilə 4 yoldaşlıq oyunu keçirəcək.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, komandamızın bu məqsədlə Bakıda təlim-məşq toplanışı olacaq. Hazırlıq çərçivəsində Səudiyyə Ərəbistanı yığma komandası ilə 4 yoldaşlıq matçının keçirilməsi nəzərdə tutulub. Su İdman Sarayının ərazisindəki çimərlik meydançasında keçiriləcək oyunlar 25, 26, 28 və 29 iyulda təşkil olunacaq. Bütün oyunlar 18:00-da başlayacaq.
Azərbaycan millisi baş məşqçi Zeynal Zeynalovun rəhbərliyi altında aşağıdakı futbolçularla hazırlıq keçəcək:
Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov
Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Orxan Məmmədov
Fuad Hüseynov
Bayram Paşazadə
İsa Zeynallı
Sabir Allahquliyev
Ramil Əliyev
Tural Qurbatov
Kamran Qürbətov
Amid Nəzərov


