Azərbaycan millisinin Avropa Super Finalı üçün heyəti açıqlandı

Çimərlik futbolu üzrə Azərbaycan millisinin İtaliyada təşkil olunacaq Avropa Super Finalında iştirak edəcək heyəti müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalov komandaya 12 oyunçu cəlb edib.

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov;

Oyunçular: Amid Nəzərov, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Comərd Baxşəliyev, Hüseyn Axundov, Ramil Əliyev, Kamran Qürbətov, İsa Zeynallı, Tural Qurbətov.

Çimərlik futbolu üzrə Avropa Super Finalı sentyabrın 19-dan 25-nə qədər İtaliyanın Alqero şəhərində təşkil olunacaq. B qrupunda yer alan Azərbaycan yığması sentyabrın 19-da Türkiyə, bir gün sonra Rumıniya, sentyabrın 21-də isə İsveçrə ilə üz-üzə gələcək.

Avropa Super Finalı

19 sentyabr
12:15. Azərbaycan – Türkiyə

20 sentyabr
12:15. Azərbaycan – Rumıniya

21 sentyabr
16:00. İsveçrə – Azərbaycan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: