Azərbaycan millisinin heyəti açıqlandı – Santosun “24-lüy”ü

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya və Ukraynaya qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, millimizin baş məşqçisi Fernando Santos AFFA-nın inzibati binasında təşkil edilmiş mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.

Portuqaliyalı mütəxəssis sentyabrın 1-dən təlim-məşq toplanışına başlayacaq heyətə 24 oyunçu dəvət edib.

Qeyd edək ki, millimiz D qrupu çərçivəsində sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də “Lauqardalsvollur” stadionunda İslandiya yığması ilə qarşılaşacaq. Azərbaycan millisinin Ukrayna seçməsi ilə görüşü isə sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu oyuna saat 20:00-da start veriləcək.

  1. Rza Cəfərov – Neftçi
  2. Şahrudin Məhəmmədəliyev – Qarabağ
  3. Aydın Bayramov – Zirə
  4. Abbas Hüseynov – Qarabağ
  5. Qismət Alıyev – Zirə
  6. Bəhlul Mustafazadə – Qarabağ
  7. Elvin Bədəlov – Neftçi
  8. Cəlal Hüseynov – Arda (Bolqarıstan)
  9. Rəhman Daşdəmirov – Sabah
  10. Anton Krivotsyuk – Daejeon (Cənubi Koreya)
  11. Elvin Cəfərquliyev – Qarabağ
  12. Toral Bayramov – Qarabağ
  13. İsmayıl İbrahimli – Zirə
  14. Ceyhun Nuriyev – Zirə
  15. Səbuhi Abdullazadə – Sumqayıt
  16. Emin Mahmudov – Neftçi
  17. Anatoli Nuriyev – Sabah
  18. Ozan Can Kökçü – Volendam (Niderland)
  19. Şahin Şahniyarov – Qəbələ
  20. Mahir Emreli – Kayzerslautern (Almaniya)
  21. Nəriman Axundzadə – Qarabağ
  22. Renat Dadaşov – Motor (Polşa)
  23. Musa Qurbanlı – Qarabağ
  24. Xəyal Əliyev – Sabah
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: