19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Şimali Makedoniya yığması ilə yoxlama oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Arena.az xəbər verir ki, Bakıda baş tutacaq hər iki oyunu azərbaycanlı hakimlər idarə edəcəklər.
Kamran Əliyevin idarə edəcəyi ilk görüşün hakimlər briqadasında Asif Abdullayev, Rasim Axundov və Şamil İmanzadə yer alacaqlar. İkinci matçda isə Əli Əliyev baş hakim olacaq. Orxan İbişov və Zakir Şükürzadə köməkçi, İslam Məmmədov isə dördüncü hakim qismində fəaliyyət göstərəcək.
Xatırladaq ki, Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə iki yoxlama oyunu keçirəcək. Oyunlardan biri sabah – martın 24-də, ikincisi isə ayın 27-də baş tutacaq. “Dalğa Arena”da keçiriləcək hər iki oyun eyni saatda – 18:00-da başlayacaq.
Yoxlama oyunları
Azərbaycan – Şimali Makedoniya
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Rasim Axundov, Şamil İmanzadə.
24 mart. Dalğa Arena. Saat 18:00.
Azərbaycan – Şimali Makedoniya
Hakimlər: Əli Əliyev, Orxan İbişov, Zakir Şükürzadə, İslam Məmmədov
27 mart. Dalğa Arena. Saat 18:00.
Xatırladaq ki, Azərbaycan millisinin heyətinə bu iki oyun üçün 23 futbolçu cəlb olunub. Baş məşqçi Aqil Nəbiyev bu futbolçuları sınaqdan keçirəcək:
- Xəyal Fərzullayev – MOİK
- Sadiq Məmmədzadə – Səbail
- Osman Hüseynov – Riqa (Latviya)
- Raul Hacıyev – Rustavi (Gürcüstan)
- Hüseyn Hüseynov – Turan Tovuz
- Samir Ağayev – Qəbələ
- Aslan Şirinov – Neftçi
- Eşqin Əhmədov – Qəbələ
- Tuncay Cəfərli – Sabah
- Musa Məmmədov – Qarabağ
- Əkbər Eyubov – Səbail
- Şahin Şahniyarov – Qəbələ
- Edqar Adilxanov – Şamaxı
- Murad Ələkbərov – Zirə
- Fəxri Məmmədli – Sabah
- Nihad Cabbarov – Sabah
- Elton Mikayılov – Qarabağ
- Nihad Əhmədzadə – Sumqayıt
- Murad Məmmədov – Neftçi
- Nahid Əliyev – Dinamo (Sankt-Peterburq, Rusiya)
- Nihad Mehrəliyev – Qarabağ
- Sənan Ağalarov – Qəbələ
- Sadiq Şəfiyev – Turan Tovuz


