Çimərlik futbolu üzrə Azərbaycan millisinin bu il təşkil olunacaq Avropa Super Finalında qarşılaşacağı rəqiblər məlum olub.
Arena.az xəbər verir ki, 19-25 sentyabr tarixlərində İtaliyanın Alghero şəhərində keçiriləcək oyunlarda millimiz B qrupunda mübarizə aparacaq.
Püşkə əsasən, Azərbaycan millisinin qrupunda İsveçrə, Türkiyə və Rumıniya komandaları yer alıblar.
Oyunların dəqiq tarixləri barədə daha sonra əlavə məlumat veriləcək.
A qrupu
İtaliya
Belarus
Moldova
Yunanıstan
B qrupu
İsveçrə
Azərbaycan
Türkiyə
Rumıniya
C qrupu
Portuqaliya
Fransa
Estoniya
Danimarka
D qrupu
İspaniya
Polşa
Almaniya



