Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, mərasimdə sayca yubiley – 30-cu ölkə çempionatının ilk turunda üz-üzə gələcək komandalar bəlli olub.
Püşkün nəticəsinə görə, Premyer Liqanın son qalibi “Neftçi” yeni mövsümün ilk turunda “Qəbələ” ilə qarşılaşacaq. “Qarabağ” isə “Zirə” ilə səfərdə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 14-də start veriləcək.
Azərbaycan Premyer Liqası
2021/22 mövsümü
1-ci tur
Zirə – Qarabağ
Neftçi – Qəbələ
Keşlə – Sumqayıt
Sabah – Səbail


