Azərbaycan Premyer Liqasının ən gənc futbolçuları

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün ilk yarısında 18 yaşadək iki futbolçu meydana çıxıb.

Arena.az xəbər verir ki, ilk iki dövrənin hər iki gənc oyunçusu “Sumqayıt”ın üzvüdür.

İlk turda şans qazanan Nihad Əhmədzadə mövsümün ən gənc futbolçusudur. Sənan Muradlı isə bu siyahıda ikincidir.

Onlardan başqa daha bir futbolçu 19 yaşadək Premyer Liqa matçına çıxıb. Bu, “Turan Tovuz”un oyunçusu Cavid Qasımovdur.

Mövsümün 5 ən gənc futbolçusu:

  1. Nihad Əhmədzadə (“Sumqayıt”) – 17 yaş 12 gün
    05.08.2023. Səbail – Sumqayıt – 1:4
  2. Sənan Muradlı (“Sumqayıt”) – 17 yaş 338 gün
    08.12.2023. Sumqayıt – Qarabağ – 1:6
  3. Cavid Qasımov (“Turan Tovuz”) – 18 yaş 58 gün
    28.10.2023. Turan Tovuz – Kəpəz – 4:0
  4. Cavad Kərimov (“Kəpəz”) – 19 yaş 20 gün
    06.08.2023. Kəpəz – Neftçi – 1:0
  5. Nəriman Axundzadə (“Qarabağ”) – 19 yaş 104 gün
    05.08.2023. Qarabağ – Zirə – 0:1
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: