Çimərlik futbolu üzrə Azərbaycan yığması Belarusun paytaxtı Minsk şəhərində keçirilən MDB Oyunlarında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, yığmamız bu gün 5-ci yer uğrunda oyunda Misir milli komandası ilə üz-üzə gəlib.
Zeynal Zeynalovun çalışdırdığı komandamız beş qolun qeydə alındığı bu oyundan 3:2 hesablı qələbə ilə ayrılıb. Millimizin qollarını Amid Nəzərov, Hüseyn Axundov və Orxan Məmmədov vurublar.
Bu qələbə sayəsində Azərbaycan milli komandası MDB Oyunlarında 5-ci yeri tutub.
Xatırladaq ki, Azərbaycan yığması bundan əvvəlki oyunlarında İran seçməsinə 1:3, meydan sahibi Belarusa isə 1:5 hesabıyla məğlub olmuşdu. Komandamız yalnız üçüncü cəhdində Birləşmiş Ərəb Əmirlikləri yığmasına 7:3, ardından Özbəkistan millisinə 3:2 hesabıyla qalib gəlmişdi.


