Azərbaycan yığması Türkiyə millisinə ikinci oyunda da məğlub oldu

Çimərlik futbolu üzrə Azərbaycan yığması Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, yığmamız yenə Türkiyə milli komandası ilə qarşılaşıb.

Altı qolun qeydə alındığı qarşılaşma 4:2 hesabı ilə Türkiyə yığmasının xeyrinə başa çatıb. Azərbaycan millisinin qollarını Elşad Manafov və Orxan Məmmədov vurublar.

Xatırladaq ki, aprelin 30-dan Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan yığması mayın 7-nə qədər burada hazırlıq keçəcək. Millimiz hazırlıq çərçivəsində Türkiyə yığması ilə daha bir yoxlama oyunu keçirəcək. Növbəti sınaq matçı sabah – mayın 5-də keçiriləcək.

Komandamız ötən gün baş tutan ilk oyunda da bu rəqibinə 3:4 hesabıyla uduzmuşdu.

Qeyd edək ki, yığmamız Antalyadakı toplanışa bu futbolçularla yollanıb:

Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov

Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Amid Nəzərov
Orxan Məmmədov
Fuad Hüseynov
Kamil Hüseynov
Bayram Paşazadə
İsa Zeynallı
Sabir Allahquliyev
Ramil Əliyev
Tural Qurbatov
Emil Həsənzadə
Kamran Qürbətov

Xəbəri sosial şəbəkələrdə paylaş: