Azərbaycanın U-19 millisi bu gün Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 2-ci qrupda yer alan komandamız ikinci matçında Türkiyə yığması ilə qarşılaşıb.
Bolqarıstanın Albena şəhərində baş tutan oyunda yığmamız növbəti məğlubiyyətinə üzülüb. Belə ki, 6 qolun qeydə alındığı oyunda türklər 5:1 hesabıyla qalib gəliblər. Miloş Velebitin baş məşqçi olduğu kollektivdən yeganə qolu 44-cü dəqiqədə penaltidən Nəriman Axundzadə vurub. 50-ci dəqiqədə Qurban Səfərov qırmızı vərəqə ilə meydandan qovulub.
Bu gün 2-ci qrupun digər oyununda Bolqarıstan yığması Lüksemburqla heç-heçəyə razılaşıb – 0:0.
Azərbaycanın U-19 millisi qrupdakı ilk matçında Bolqarıstana 0:1 hesabıyla uduzmuşdu. Yığmamız sonuncu oyununu sentyabrın 27-də Lüksemburqa qarşı keçirəcək.
AÇ-2025-in seçmə mərhələsi
2-ci qrup
24 sentyabr
Türkiyə – Azərbaycan – 5:1
Qollar: Ayberk Karapo, 8. Hamza Akman, 10; 83. Burak İnce, 28-pen. Emir Ortakaya, 76 – Nəriman Axundzadə, 44-pen.
Qırmızı vərəqə: Qurban Səfərov, 50.
Hakimlər: Helgi Mikael Yonasson, Egill Gudvardur Gudlauqsson (hər ikisi İslandiya), Xristo Hadjiyski (Bolqarıstan).
Dördüncü hakim: Georgi Ginçev (Bolqarıstan).
Bolqarıstan. Albena. Saat 14:00.
Türkiyə: 1. Jankat Yılmaz, 2. Muhlis Dağaşan (13. Bartu Kırtaş, 83), 3. Emir Tintiş (k) (20. Diren Dağdeviren, 74), 6. Hamza Akman, 7. Mehmet Büyüksayar, 8. Sami Satılmış (16. Engin Yildirim, 74), 9. Başar Önal, 10. Burak İnce (17. Furkan Yöntem, 73), 14. Umut Erdem, 18. Ayberk Karapo, (15. Bora Aydınlık, 84), 19. Emir Ortakaya.
Ehtiyat oyunçular: 12. Mehmet Erdoğan, 4. Ali Yilmaz, 5. Yaşar Kavas, 11. Yiğit Kerem.
Baş məşqçi: Ali Nadir Baskan.
Azərbaycan: 1. Həsənov Sahib, 4. Rüstəmov Emin, 5. Ramazanov İbrahim, 7. Ağayev Mahmud (11. Quliyev Nicat, 46), 8. Şahniyarov Şahin, 10. Axundzadə Nəriman (k) (9. Salyanski Ağadadaş, 78), 15. Kərimov Cavad (13. Hacıyev Ceyhun, 67), 17. Ədilxanov Edgar (16. Musayev Nurlan, 46), 19. Abbasov Rufat (3. Rəşidov Nuğay, 78), 23. Ağayev Samir, 21. Səfərov Qurban.
Ehtiyat oyunçular: 12. Fərzullayev Xəyal, 6. Süleymanlı Ayxan, 14. Məmmədov Musa, 18. Şəfiyev Sadiq.
Baş məşqçi: Miloş Velebit.
Xal: Türkiyə – 4. Bolqarıstan – 4. Lüksemburq – 2. Azərbaycan – 0.


