Azərbaycanın U-21 millisi İsveçə biabırçı hesabla uduzdu

Futbol üzrə Azərbaycanın U-21 millisi bu gün yoxlama görüşündə qüvvəsini sınayıb. Arena.az xəbər verir ki, yığmamız Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində İsveçin U-21 seçməsi ilə qarşılaşıb.

Samir Əliyevin rəhbərlik etdiyi komanda bu oyundan biabırçı məğlubiyyətlə ayrılıb. Fasiləyə 1:2 hesablı məğlubiyyətlə yollanan yığmamız, ikinci hissədə 6 cavabsız qol buraxıb.

Xatırladaq ki, Azərbaycanın U-21 millisi üç gün öncə Macarıstanın müvafiq yaş qrupundan olan yığmasına da 0:3 hesabıyla uduzmuşdu.

Yoxlama oyunu
20 noyabr

İsveç – Azərbaycan 8:1
Qollar: O.Uddenas, 18. T.Prays, 23. A.Qiqoviç, 70. O.Rozenqren, 72. Ö.Fərəc, 86; 90; 90+2. M.Lahdo, 88 – M.Yıldırım, 44.

İsveç: 12. Noel Törnqvist, 2. Hussein Ali, 14. Kasper Videll, 13. Niklas Berqmark, 5. Noah Persson, 6. David Edvardsson (16. Yasin Ayari, 59), 19. Oskar Uddenas (21.Maykel Lahdo, 68), 8. Alper Demirol (17.Otto Rozenqren, 68), 9. Tim Priça (k) (19.Ömər Fərəc, 68), 10. Huseyn Karneil (18. Armin Qiqoviç, 59), 11. Samuel Dahl (20. Yakob Ondrejka, 59).
Ehtiyat oyunçular: 23. Ville Yakobsson, 12. Oliver Dovin, 14. Yohan Banqsbo, 22. Daniel Svensson, 23. Vielle Jakobsson.
Baş məşqçi: Daniel Bakkstrom.
Azərbaycan: 1. Rüstəm Samiqullin, 2. Xəyyam Hüseynov (24. Abdulla Rzayev, 80), 3. Mirəli Əhmədov, 4. David Orucov, 8. Nihat Fərəcli (7. Camal Cəfərov, 63), 9. Mustafa Yıldırım (11. Nəriman Axundzadə, 63), 10. Veysəl Rzayev (k), 13. Tuqay Əlizadə (16. Elcan Əbilov, 75), 17. Murad Vəliyev (23. Ramin Nəsirli, 80), 18. İbrahim Ramazanov. 20. Emil Səfərov (19. Samir Abdullayev, 75).
Ehtiyat oyunçular: 12. Rza Cəfərov, 22. Yusif İmanov, 15. Şirxan Həsənzadə, 5. Hüseyn Babayev, 6. Rüfət Abbasov, 21. Süleyman Damadayev, 14. Elçin Qasımov.
Baş məşqçi: Samir Əliyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: