Bəxtiyar Həsənalızadə “Kəpəz”də – Rəsmi

Bu yay “Sabah”dan azad agent kimi ayrılmış Azərbaycan millisinin mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə “Kəpəz”ə keçib.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Bəxtiyar Həsənalızadə 2021-ci ilin yanvar ayından “Sabah”ın uğurları üçün çalışırdı. O, paytaxt komandasında çıxış etdiyi müddətdə 58 oyun keçirib, 3 qola imza atıb, eyni sayda da məhsuldar ötürmə ilə yadda qalıb.

Bəxtiyar daha öncə “Sumqayıt” və “Zirə”də də forma geyinib. O, Azərbaycan milli komandasında da 3 oyun keçirib.

Xatırladaq ki, “Kəpəz” daha öncə Vurğun Hüseynov, Əli Səmədov, Ehtiram Şahverdiyev, Vladislav Vasilyuçek və Olavale Onanuqanı da heyətinə qatmışdı. Sözügedən klub “Səbail”dən Elmir Tağıyevi, “Qəbələ”dən Rüfət Əhmədovu da icarəyə götürüb.

Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı, Georgi Kantariya, Ahmed Ayzaya, Nicat Süleymanov və Zamiq Əliyevlə də yollarını ayırıb.

Əvəzində Elçin Əlicanov, Yeqor Xvalko, Tural Rzayev, Kamran İbrahimov və Mate Krivkviya ilə yeni müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: