Babək Quliyev “Aktobe” – “Legiya” təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA Avropa Liqasının 2025/2026-cı illər mövsümü üçün ilk təyinatını alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Quliyev Avroliqanın 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 17-də keçiriləcək “Aktobe” (Qazaxıstan) – “Legiya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi Stadionda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: