“Baku Sportinq” çempionluq kubokuna qovuşdu – Video

Futbol üzrə Azərbaycan İkinci Liqasının 26-cı turunun “Şəfa” – “Baku Sportinq” (0:4) oyunundan sonra mükafatlandırma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, mərasimdə İkinci Liqanın 2023/2024 mövsümünün qalibi, eləcə də gümüş və bürünc medalçıları mükafatlarına qovuşublar.

Mükafatlandırma mərasimində turnirin bombardirinə xüsusi hədiyyə təqdim olunub. “Şahdağ Qusar”ın hücumçusu Tural Qurbatov 32 qolla 2023/2024-cü illər mövsümünün ən sərrast futbolçusu seçilib. Ona mükafatı Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və prezidentin idman işləri üzrə müşaviri Məlik Həsənov təqdim ediblər.

Daha sonra mövsümü üçüncü pillədə bitirmiş “Şahdağ Qusar” komandasına bürünc medallar təqdim edilib. Son turda 2-ci olacağı dəqiqləşmiş turnirin gümüş mükafatçısı “Cəbrayıl” komandası da medallarına qovuşub.

Turnirin qalibi “Baku Sportinq” komandasına isə qızıl medallar və çempionluq kuboku təqdim edilib. Bir tur əvvəl çempionluğu təmin etmiş “Baku Sportinq” komandası İkinci Liqada 1-ci yeri tutaraq Birinci Liqaya vəsiqə qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: