İspaniya çempionu “Barselona” Türkiyə yığmasının və “Fənərbaxça”nın hücumameylli yarımmüdafiəçisi Arda Güləri transfer edir.
Arena.az bu barədə, tanınmış jurnalist-insayder Nikolo Skiraya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, Kataloniya klubu 18 yaşlı futbolçunun transferi ilə bağlı müqaviləni təcili olaraq bağlamaq niyyətindədir. “Barselona” yaxın vaxtlarda transferi tamamlayacaq, amma futbolçunu daha bir mövsüm icarə əsasında “Fənərbaxça”da saxlayacaq.
Geridə qalmış mövsümdə Arda Gülər “Fənərbaxça”nın heyətində 35 oyuna çıxıb, 6 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Arda Güləri 15 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, Arda Gülər mətbuatda tez-tez “türk Messi” ifadəsi ilə səciyyələndirilir.


