Baş nazir Luis Rubialesi seksist qalmaqala görə tənqid etdi

İspaniyanın baş naziri Pedro Sançes İspaniya Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubialesi tənqid eidb.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Xatırladaq ki, 2023-cü il qadınlar arasında dünya çempionatının mükafatlandırma mərasimi zamanı Rubiales iki futbolçunu öpməklə ictimai qınağa tuş gəlmişdi.

“Oyunçularımız qələbə üçün hər şeyi etdilər, lakin cənab Rubialesin davranışına bənzər hadisələr də oldu… Belə məqamlar göstərir ki, ölkəmiz hələ də qadın və kişi arasında bərabərlik və hörmətdən uzaqdır.

Gördüklərimiz qəbuledilməz bir jest idi, amma cənab Rubialesin üzr istəməsi kifayət deyil. Buna görə də o, hamımızın gördüklərini aydınlaşdırmaq üçün addımlar atmalıdır.

Rubialesi işdən çıxara bilərəmmi? İctimaiyyət bilməsə də, İspaniya Futbol Federasiyası İspaniya hökumətinin strukturuna daxil deyil. Futbol prezidenti birbaşa həmkarları tərəfindən seçilir və vəzifədən azad edilir. Amma hesab edirəm ki, cənab Rubiales hər halda açıq şəkildə qəbuledilməz olan davranışa aydınlıq gətirmək üçün əlavə addımlar atmalıdır. Onun davranışı kişi və qadın bərabərliyini dəstəkləyən ispanların əksəriyyətinin fikrini ifadə etmir. Onun üzr istəməsi kifayət deyil, o, izahatlarında və üzrxahlıqlarında daha aydın və israrlı olmalıdır”, deyə cənab Pedro Sançes bildirib.

Xatırladaq ki, Luis Rubiales qadınlar arasında dünya çempionatının qaliblərinin mükafatlandırılması mərasimindən sonra seksist qalmaqala düşüb. Prezident futbolçu Cenni Ermosonun başını tutub və dodaqlarından ehtirasla öpüb. Sosial şəbəkələrdə bu epizodu şərh edən Ermoso, Rubialesin etdiklərini bəyənmədiyini vurğulayıb. Hadisənin özü futbol ictimaiyyətində qızğın müzakirələrlə müşayiət edilən tənqidlərə səbəb olub. Rubialesin özü “bu, iki dostun qələbəni qeyd etdiyi an idi”, deyərək çulunu sudan quru çıxarmağa çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: