“İnter Mayami”nin həmsahibi Devid Bekhem fransalı keçmiş yarımmüdafiəçi Zinəddin Zidanla “Real”da oynaması haqda təəssüratını paylaşıb.
Arena.az məlumat verir ki, ötənlərin məşhur ingilis futbolçusu bu barədə Rio Ferdinandın podkastında söhbəti zamanı danışıb:
“Zidan təkcə birlikdə oynadığım ən yaxşı oyunçulardan biri, səylə ən çox məşq edənlərdən biri deyil, həm də sadəcə dəlisov bir oğlandır. İnsanlar onun topu necə ram etdiyini görmək üçün “Bernabeu”ya gələrdilər. Bu, bir balerinaya baxmaq kimidir. O, çox zərif oynayırdı, hər xüsusunda zəriflik vardı”, deyə Bekhem xatırlayıb.
Xatırladaq ki, futbolçu karyerasını başa vurmuş Zidan “Real”ın sükanı arxasına keçərək, məşqçilik fəaliyyətinə başlayıb.
“Real” Zinədin Zidanın peşəkar məşqçilik karyerasında ilk komanda olub və fransalı mütəxəssis “Real”la tarixi uğurlara imza atıb. Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”ın baş məşqçisi çalışıb. Buna qədər fransalı mütəxəssisin məşqçilik işində heç bir komanda ilə təcrübəsi olmayıb. Zinədin yalnız Madrid təmsilçisinin alt komandaları sistemində qısa müddət çalışıb. Zidanın məşqçilik debütü çox uğurlu olub.
Fransalı mütəxəssis “Real”da ilk mövsümündəcə (2015/2016) UEFA Çempionar Liqasının qalibi olub. Ardınca Zidan bu uğurunu daha iki dəfə təkrarlamağı bacarıb (2016/2017, 2017/2018). Beləliklə, Zidan Çempionlar Liqasının tarixində rekorda imza atıb. Zidana qədər heç kimə ardıcıl nəinki üç, hətta iki dəfə eyni komanda ilə Çempionlar Liqasını qazanmaq müyəssər olmayıb. Zidan “Real”la həmçinin hər biri ikiqat olmaqla İspaniya La Liqasını (2016/2017, 2019/2020), İspaniya Super Kubokunu (2017, 2019/2020), UEFA Super Kubokunu (2016, 2017) və FIFA Klub Dünya Kubokunu (2016, 2017) qazanıb.
Fransalı mütəxssis 2021-ci ilin yayında “Real”ı tərk edən bəri, işsizdir.


/origin-imgresizer.eurosport.com/2015/10/08/1707362-36145643-2560-1440.jpg)


