Berdıyev: “Əvəzetmələrdən sonra təşəbbüsü əldən verdik”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 21-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Azərsun Arena”da baş tutmuş görüşündə “Turan Tovuz” 2:0 hesablı qələbəyə sevinib.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Birinci hissədə oyunumuz pis alınmadı. Əvəzetmələrdən sonra təşəbbüsü bir qədər əldən verdik. Şükürlər olsun ki, yekunda qələbə qazandıq.

“Zirə”ni turnir cədvəlində qabaqlamağımıza gəlincə, biz turnir cədvəlinə fikir vermirik. Oyundan-oyuna növbəti matça hazırlaşmağa çalışırıq. Hər növbəti oyuna köklənirik”.

Xəbəri sosial şəbəkələrdə paylaş: