“Beşiktaş” səfərdən 1 xalla döndü

Futbol üzrə Türkiyə Super Liqasında 2-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günündə daha dörd qarşılaşma baş tutub.

Son çempion “Beşiktaş”ın rəqibi “Qaziantep” olub. İstanbul təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb.

“Rizəspor” – “Fatih Karagümrük” matçında da qapılara qol vurulmayıb. “Altay” səfərdə “Alanyaspor” üzərində darmadağına sevinib. “Kasımpaşa” da “Giresunspor”dan güclü olub.

Türkiyə Super Liqası
2-ci tur
20 avqust

Kayserispor – Adana Dəmirspor 1:1
Qol: G.Sazdağı, 17 – Akintola, 63.

21 avqust

Kasımpaşa – Giresunspor 2:0
Qol: Yorgensen, 14. U.Bozok, 90+2.

Rizəspor – Fatih Karagümrük 0:0

Qaziantep – Beşiktaş 0:0

Alanyaspor – Altay 1:4
Qol: Dyedyu, 67 – Tiam, 27. M.Rodriqes, 32. Pinares, 49. Rayan, 85.

22 avqust

20:15. Konyaspor – Başakşəhər
22:45. Fənərbaxça – Antalyaspor
22:45. Göztəpə – Yeni Malatyaspor

23 avqust

20:15. Trabzonspor – Sivasspor
22:45. Qalatasaray – Hatayspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: