Bir debüt, iki yubiley – “Sabah”da

Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunun “Zirə” ilə səfər oyunu “Sabah”ın yeni transferi Dmitro Klots üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən matçın 68-ci dəqiqəsində Mario Marinanın yerinə meydana daxil olan ukraynalı yarımmüdafiəçi, “Sabah”da debüt edib.

2:2 hesablı bərabərliklə nəticələnən qarşılaşma Amadu Diallo və Coşqun Diniyev üçün də əlamətdar olub. Belə ki, Coşqun “Sabah”ın heyətində Premyer Liqada 40-cı, qvineyalı legioner isə 30-cu oyununu keçirib.