Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün 29-cu turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
“Səbail”in əvəzediciləri ilə MOİK arasındakı oyunda qapılara qol vurulmayıb. “Zaqatala” ilə “Qəbələ”nin ikinci komandası arasındakı dörd qolluq oyunda da qalib müəyyənləşməyib.
“Qaradağ Lökbatan” “Mingəçevir”i minimal hesabla yenib. “Qarabağ”la “Turan Tovuz”un əvəzediciləri arasındakı oyunda Tovuz təmsilçisi inamlı qələbəyə sevinib. Çempionluğu təmin etmiş “Araz Naxçıvan” isə bu turda “Neftçi”nin əvəzedicilərinə məğlub olub.
Turun qalan görüşləri sabah və birigün keçiriləcək.
Birinci Divizion
29-cu tur
16 may
“Qarabağ-2” – “Turan Tovuz-2” 1:3
Qollar: Seyxan Fərəcov, 63 – Rəşad Əliyev, 28. Ramin Süleymanov, 42. Famil Camalov, 90+2.
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Əli Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 16:30.
“Zaqatala” – “Qəbələ-2” 2:2
Qollar: Bəhruz Teymurov, 34-pen. Cavid Həşimov, 86 – Mehrac Baxışlı, 11. Rauf Məhərrəmov, 18.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Səbuhi Soltanov, Namiq Bəkirov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zaqatala OİK stadionu, 16:30.
“Neftçi-2” – “Araz Naxçıvan” 2:1
Qollar: Elşad Tağıyev, 43-pen. Fariz Xeyrullayev, 63 – Fərid Kərimzadə, 49.
Hakimlər: Kamranbəy Rəhimov, Orxan İbişov, Asif Abdullayev, Elvin Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.
“Səbail-2” – MOİK 0:0
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Kərim Zeynalov, Şamil İmanzadə.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“ASCO Arena”, 16:30.
“Qaradağ Lökbatan” – “Mingəçevir” 1:0
Qol: Ürfan İsmayılov, 56.
Hakimlər: Tural İbrahimov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Lökbatan OİK stadionu, 16:30.
17 may
“Sumqayıt-2” – “Şamaxı-2”
Hakimlər: Vüqar Həsənli, Sənan Atayev, Rəhman Aslanov, Nicat İsmayıllı.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:30.
18 may
“İmişli” – “Zirə-2”
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Zakir Şükürzadə, Murad Səlimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 17:00.