Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün 28-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.
MOİK – “Qaradağ Lökbatan” oyununda qapılara qol vurulmayıb. “Qəbələ” və “Neftçi”nin əvəzediciləri arasındakı matçda da qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Turan Tovuz”un əvəzedici heyəti ilə “Zaqatala” arasındakı qarşılaşma daha məhsuldar alınıb. Beş qolun qeydə alındığı görüşdə isə meydan sahibləri qələbə qazanıblar.
Xatırladaq ki, turun qalan görüşləri sabah keçiriləcək.
Birinci Divizion
28-ci tur
8 may
“Araz Naxçıvan” – “Səbail-2” 3:1
Qol: Orxan Əliyev, 28-pen; 90+4. Bayraməli Qurbanov, 79 – Taleh Qarayev, 45+1.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASCO Arena”, 16:00.
9 may
MOİK – “Qaradağ Lökbatan” 0:0
Hakimlər: Vüqar Həsənli, Tərlan Talıbzadə, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Binə qəsəbə stadionu, 16:00.
“Qəbələ-2” – “Neftçi-2” 1:1
Qol: Rauf Məhərrəmov, 61 – Ağadadaş Salyanski, 90.
Hakimlər: Əli Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, İslam Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.
“Turan Tovuz-2” – “Zaqatala” 3:2
Qol: Abbas Ağazadə, 71; 87. Sadiq Şəfiyev, 90+5-pen – Rəhman Şabanov, 43. Cəlal Cəbrayılov, 55.
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Aydın Bəxşiyev, Kamran Əliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 16:00.
10 may
“Zirə-2” – “Qarabağ-2”
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Sevda Nuriyeva, Tural İbrahimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Binə qəsəbə stadionu, 16:00.
“Sumqayıt-2” – “İmişli”
Hakimlər: Mahmud Bağırzadə, Kərim Zeynalov, Rasim Axundov, Əkbər Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.
“Kəpəz-2” – “Şamaxı-2”
Hakimlər: Elvin Bayramov, Elman Kərimov, Anar Bədəlov, Murad Səlimov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.


