Futbol üzrə Azərbaycan Birinci Divizionunda 13-cü turun oyunları üçün təyinatlar açıqlanıb. Arena.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutacaq.
MOİK-in “Keşlə-2” ilə oyunu Kamranbəy Rəhimova, “Zaqatala” – “Neftçi-2” matçı Nicat İsmayıllıya, “Zirə-2” – “Turan Tovuz” qarşılaşması isə Əli Əliyevə tapşırılıb.
“Sabah-2” ilə “Kəpəz” arasında baş tutacaq oyunda Səbuhi Bayramov, “Qaradağ Lökbatan” – “Qarabağ-2” matçında isə İnqilab Məmmədov söz sahibi olacaq.
Turun və ilin son matçını – “Qəbələ” və “Sumqayıt”ın əvəzediciləri arasındakı görüşü isə Namiq Bəkirov idarə edəcək.
Birinci Divizion
13-cü tur
22 dekabr
MOİK – “Keşlə-2”
Hakimlər: Kamranbəy Rəhimov, Taleh Məmmədov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Binə qəsəbə stadionu, 14:00
“Zaqatala” – “Neftçi-2”
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Teymur Teymurov, Emin Əliyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00
“Zirə-2” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Tərlan Talıbzadə, Asiman Əzizli, Cavid Cəlilov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”, 15:00.
23 dekabr
“Sabah-2” – “Kəpəz”
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elmin Süleymanov, Fərid Hacıyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bank Respublika Arena” (ehtiyat meydança), 14:00.
“Qaradağ Lökbatan” – “Qarabağ-2”
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Elman Kərimov, Elvin Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Qəbələ-2” – “Sumqayıt-2”
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Ruslan Quliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.


