Futbol üzrə Azərbaycan Birinci Divizionunda 1-ci yekun vurulub. Arena.az xəbər verir ki, yeni mövsümün ilk turunun sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Turan Tovuz” evdə MOİK-ə, “Sumqayıt”ın ikinci komandası isə “Qaradağ Lökbatan”a 2 cavabsız qolla uduzub.
“Səbail” və “Zirə”nin əvəzediciləri arasında baş tutan oyun da qonaqların qələbəsiylə yekunlaşıb.
Xatırladaq ki, ilk oyun günündə “Kəpəz” “Qəbələ”nin əvzediciləri ilə heç-heçə etmişdi – 0:0. “Neftçi” və “Sabah”ın ikinci komandalarının duelində qonaqlar 2:1 hesabıyla üstün olublar. “Keşlə”nin əvəzediciləri isə “Zaqatala”ya 5:1 hesabıyla qalib gəlib.
Birinci Divizion
1-ci tur
15 sentyabr
Turan Tovuz – MOİK 0:2
Qol: Elşən Veysov, 12. Elmir Rəhimzadə, 37.
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elmin Süleymanov, Əli Əliyev.
Tovuz şəhər stadionu, 16:30.
Sumqayıt-2 – Qaradağ Lökbatan 0:2
Qol: Sabir Allahquliyev, 45; 48.
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Səbuhi Soltanov, Elvin Bayramov.
Sumqayıt. “Sumqayıt Arena” (ehtiyat meydança), 16:30.
Səbail-2 – Zirə-2 1:2
Qol: Kənan Mirzəliyev, 45+2 – Velves Santos, 17. Samir Ağayev, 25.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Emin Əliyev.
Bakı. “ASCO Arena”, 18:30.


