Birinci Liqa: “Difai” pley-offda nominal meydan sahibi oldu

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün pley-off oyununun nominal meydan sahibi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildiirilir ki, nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə keçirilən mərasimdə PFL-in, “Difai” və “Hypers Quba” klublarının nümayəndələri iştirak ediblər.

PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Difai” klubun prezidenti Asəf Məlikov, “Hypers Quba” klubun prezidenti Ayaz Abdullayev ilə təmsil olunub. Püşkatmaya əsasən “Difai” nominal meydan sahibi olub.

Qeyd edək ki, Birinci Liqa uğrunda pley-off qarşılaşması mayın 28-də “Bayıl Arena”da keçiriləcək. Oyuna saat 16:00-da start start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: