Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 14-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Mingəçevir”in qonağı olan MOİK səfərdə tək qolla 3 xal qazanıb. “İmişli” də “Difai Ağsu” ilə ev oyunundan oxşar hesabla qalib ayrılıb.
Bu nəticələrdən sonra “İmişli” 26 xalla 2-ci, MOİK isə 25 xalla 4-cü pillədə qərarlaşıb. “Mingəçevir”in 14, “Difau Ağsu”nun 7 xalı var.
Qeyd edək ki, 14-cü turun qalan üç görüşü sabah keçiriləcək.
Birinci Liqa
14-cü tur
14 fevral
“Mingəçevir” – MOİK 0:1
Qol: Ramil Orucov, 1.
Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Asif Abdullayev, Elvin Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.
“İmişli” – “Difai Ağsu” 1:0
Qol: Elnur Cəfərov, 79.
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Vüsal Məmmədov, Namiq Bəkirov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
H.Əliyev adına İmişli şəhər stadionu, 15:00.
15 fevral
“Şamaxı” – “İrəvan”
Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Rəhman Aslanov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı şəhər stadionu, 15:00.
“Araz Saatlı” – “Zaqatala”
Hakimlər: Səbuhi Bayramov, Səbuhi Soltanov, Ruslan Quliyev, Kamil Aydınov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Saatlı OİK stadionu, 15:00.
“Qaradağ Lökbatan” – “Karvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Lökbatan OİK stadionu, 15:00.



